Yuxarı

Orbanla bağlı inanılmaz iddia...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orbanla bağlı inanılmaz iddia...

Macarıstanın keçmiş baş naziri Viktor Orbanın ailəsi xaricə köçüb və ölkədəki aktivlərini azaltmağa başlayıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, siyasətçinin qızı Reyçel Orban, əri İştvan Tiborç və uşaqları ABŞ-da qısa müddət qaldıqdan sonra Londonun nüfuzlu Covent Garden rayonunda məskunlaşıblar. Cütlüyün övladları artıq Böyük Britaniyadakı özəl məktəblərə qəbul olunublar.

Mənbələr bu köçü ABŞ-dakı dəyişən siyasi mühit və Viktor Orbanın müttəfiqi olan Donald Trampın mövqelərinin zəifləməsi ilə əlaqələndirirlər.

Bildirilir ki, Orbanın qohumları ABŞ-da qalmağı riskli hesab edib və qalan işlərini həll etməyin daha rahat olacağı Londonu seçiblər. Eyni zamanda, Macarıstandakı ailə aktivlərinin kütləvi şəkildə satıldığı və ölkədəki varlığın minimuma endirildiyi bildirilir.

Bu hadisə Macarıstanın biznes elitası arasında da narahatlıq yaradıb. Nəşrin məlumatına görə, keçmiş hökumətlə əlaqəli bəzi şəxslər “Pegasus” casus proqramı ilə mümkün izlənmələrdən ehtiyat edərək təhlükəsizlik tədbiri kimi Amerika telefon nömrələrinə keçirlər.

Tarix
2026.10.24 / 00:56
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla