Yuxarı

O prezident seçilsə, hicabı qadağan edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
O prezident seçilsə, hicabı qadağan edəcək

Fransada 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində Marin Le Penin mümkün qələbəsi ölkədə yaşayan müsəlmanlar arasında ciddi narahatlıq yaradıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, “Marianne” jurnalının sorğusu belə qənaət yaradıb.

Sorğunun nəticələrinə görə, Fransa müsəlmanlarının 46 faizi Le Penin prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkəni tərk edə bilər. Respondentlərin 81 faizi isə ayrı-seçkiliyin güclənəcəyindən ehtiyat edir. Bundan başqa, sorğuda iştirak edənlərin 41 faizi ədalətsiz hesab etdikləri qanunlara əməl etməkdən imtina edə biləcəklərini bildirib. Bu göstərici Fransada mümkün siyasi dəyişikliklərin cəmiyyətin müxtəlif təbəqələrində fərqli reaksiyalar doğura biləcəyini göstərir. Marin Le Pen isə CNews telekanalının efirində ölkəni tərk etməyi düşünən müsəlmanlara müraciət edərək özü haqqında guya yanlış təbliğat aparıldığını iddia edib. Amma elə həmin müsahibədə o, hicabın tədricən qadağan edilməsi təşəbbüsü ilə bağlı da açıqlamalar verib.

Sorğunun nəticələri ərəbdilli mediada geniş müzakirə olunub. Bununla yanaşı, sorğuda Fransa müsəlmanlarının 48 faizinin “Müsəlman Qardaşları” hərəkatı ilə əlaqəli təşkilatların qadağan edilməsini dəstəklədiyi də qeyd olunur.Belə görünür ki, 2027-ci il seçkiləri Fransada təkcə siyasi hakimiyyət uğrunda mübarizə deyil, həm də dini azadlıqlar, milli kimlik və immiqrasiya siyasəti ilə bağlı mübahisələrin əsas mövzularından biri olacaq.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron təxminən yeddi aydan sonra Yelisey sarayını tərk etməli olacaq. Ölkə Konstitusiyasına əsasən, o, ardıcıl üçüncü müddətə prezident seçkilərində namizədliyini irəli sürə bilməz.

Tarix
2026.10.24 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla