Yuxarı

Barselonada da iğtişaşlar başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Barselonada da iğtişaşlar başladı

Barselonada keçirilən nümayişlər iğtişaşlara və hüquq-mühafizə orqanları ilə toqquşmalara çevrilib. Etirazçılar küçələri dağıdır, zibil qutularını yandırırlar.

Axar.az xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, gənclər zibil konteynerlərindən və motosikletlərdən barrikadalar quraraq onlara od vurublar. Əraziyə gələn polis əməkdaşları izdihamı dağıtmağa cəhd göstərsələr də, etirazçılar onları daşqalaq ediblər.

Qeyd olunur ki, şəhərdə artan gərginlik səbəbindən yerli mağazalar fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Qəzet iğtişaş iştirakçılarının əksəriyyətinin gənc və yeniyetmə olduğunu bildirib. Onlar şənbə günü səbəbi bəlli olmayan icazəsiz mitinqə toplaşıblar.

Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları izdihamı dağıtmağa müvəffəq olsalar da, etirazçıların kiçik qrupları Barselonanın mərkəzinə səpələnərək dağıntılar törətməkdə davam ediblər.

Xatırladaq ki, Fransada uzun müddətdir davam edən aksiyalar iğtişaşlarla müşayiət olunur.

Tarix
2026.10.25 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi təbrik etdi

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla