Yuxarı

Netanyahudan şok paylaşım: Təl-Əvivə nüvə zərbəsi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahudan şok paylaşım: Təl-Əvivə nüvə zərbəsi...

İsrailin Baş naziri Benyamin Netanyahu süni intellekt vasitəsilə yaradılmış, Təl-Əvivə bənzəyən şəhərin üzərində nüvə partlayışını əks etdirən görüntü paylaşıb.

Axar.az xəbər verir ki, Netanyahu bu barədə X sosial şəbəkəsində paylaşım edib.

O, görüntü ilə İranın İsrail üçün ekzistensial təhlükə yaratdığına dair yeni iddialarını əks etdirən paylaşımını illüstrasiya edib.

Paylaşım İsraildə keçiriləcək parlament seçkilərinə iki gün qalmış yayımlanıb.

Netanyahu paylaşımında sağçı publisist Yuval Blumberqin sözlərinə istinad edib:

“İsrail dövləti real və bilavasitə ekzistensial təhlükə ilə üz-üzədir. Əgər iranlılar nüvə silahı əldə etsələr, artıq başqa heç nəyin əhəmiyyəti qalmayacaq. İran və şiə oxundan qaynaqlanan ekzistensial təhlükə ilə müqayisədə bütün digər məsələlər xırda detallardır”.

Paylaşımda həmçinin müxalifətin Netanyahuya ünvanladığı tənqidlər rədd edilir və ictimaiyyətin diqqətinin İran məsələsinə yönəldilməsi təklif olunur:

“Bir-birinin ardınca ortaya çıxan süni şəkildə şişirdilmiş və uydurulmuş qalmaqallar diqqəti yeganə ən vacib məsələdən – İranda işi başa çatdırmaqdan yayındırmaq məqsədi daşıyır”.

Tarix
2026.10.25 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla