Yuxarı

Voronejə kütləvi zərbələr: ölü və yaralılar var - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Voronejə kütləvi zərbələr: ölü və yaralılar var - Video

Bu gün səhər saatlarında Ukrayna ordusu Rusiyanın Voronej şəhərinə PUA zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələrdən biri şəhərin ən böyük mərkəzlərindən olan “Qalereya Çijova” ticarət kompleksinə endirilib. Nəticədə ərazidə partlayış və yanğınlar qeydə alınıb. Yanğınların hələ də davam etdiyi bildirilir.

Sakinlərin sözlərinə görə, şəhər üzərində hələ də PUA-lar uçmağa davam edir.

Bundan başqa, Voronej Səhmdar Təyyarəqayırma Şirkəti də hücuma məruz qalıb. Müəssisə təyyarələrin və aviasiya komponentlərinin istehsalı üzrə ixtisaslaşıb.

Həmçinin sintetik kauçuk istehsalı ilə məşğul olan "Voronejsintezkauçuk" kimya sənayesi müəssisəsinin də hücuma məruz qaldığı barədə məlumat verilib.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev PUA zərbələri nəticəsində 2 nəfərin öldüyünü, 17 nəfərin isə yaralandığını bildirib.

Qusevin sözlərinə görə, şəhər üzərində 113 PUA vurulub.

Tarix
2026.10.26 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Berendsenin təkbtək görüşü başladı

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Ümid Özdağ Bakıya gəlir - Tarix

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla