Yuxarı

Klinton FTB-yə meydan oxudu: “Qorxmuram”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klinton FTB-yə meydan oxudu: “Qorxmuram”

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton "Elektron poçt" işi üzrə aparılan araşdırmalara münasibət bildirib.

Axar.az xəbər verir ki, xanım namizəd özünə güvəndiyini, bütün sübutların dəyişdirilmədən yayılmasını istədiyini bildirib:

"Amerika xalqı bütün gerçəkləri bilmə haqqına sahibdir. Bu büro (Federal Təhqiqatlar Bürosu (FTB) – red.) problem nədirsə, onu tezliklə xalqa açıqlamalıdır".

Qeyd edək ki, FTB sabiq dövlət katibi barəsində aparılan istintaqı yenidən bərpa edib. Qurumun direktoru Ceyms Komi Konqresə göndərdiyi məktubda "Elektron poçt" işi üzrə aparılan araşdırmaların davam etdiriləcəyini bildirib.

Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar aparıb. O, iyulun 2-də FTB müstəntiqləri tərəfindən 3,5 saat dindirilib.

Tarix
2016.10.29 / 10:50
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla