Kiçik pomidorlarda böyük təhlükə!
02:05
| Ana səhifə Planet |
|
Braziliyada prezident seçkilərində uduzan və çirkli pulların yuyulması ilə bağlı istintaq fonunda ABŞ-a qaçan Flavio Bolsonaru özünü seçilmiş dövlət başçısı elan edib.
Axar.az xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzetində onun adından dərc olunmuş məktubda deyilir.
"Mən Braziliya xalqına və beynəlxalq ictimaiyyətə qanuni seçilmiş Braziliya Prezidenti kimi müraciət edirəm", - deyə müraciətin bir fraqmentində bildirilir.
Senator seçki nəticələrini rədd etdiyini bir daha qeyd edib və ABŞ Prezidenti Donald Trampa səmimi qarşılama üçün təşəkkür edib.
|
Tarix
2026.10.29 / 01:40
|
Müəllif
Axar.az
|