Yuxarı

“Ərdoğan bir daşla iki quş vurdu” – Ekonomist

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ərdoğan bir daşla iki quş vurdu” – Ekonomist

İngiltərənin nüfuzlu "Ekonomist" dərgisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərq siyasətini analiz edib.

Axar.az xəbər verir ki, məqalədə Ərdoğanın atdığı son addımların uğurlu taktiki gediş olduğu qeyd edilib:

"Suriyanın sərhəd qəsəbəsi Cerablus artıq iki aydır ki, Türkiyə dəstəkli Azad Suriya Ordusu (ASO) tərəfindən İŞİD-dən geri alınıb. Burada həyat yavaş-yavaş öz axarına düşür, məktəblər açılır, bölgəyə humanitar yardım başlanıb. Qonşu kəndlərdən və Türkiyədən 7.7 min qaçqın Cerablusa geri dönüb.

Ərdoğan illərdir qərbli müttəfiqlərinə səsləndi, Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması üçün kömək istədi. Ancaq indi Türkiyə prezidenti istəyinə nail olub: türk əsgəri Cerablusdan Azezə qədər geniş bir əraziyə nəzarət edir.

Ərdoğan bir daşla iki quş vurdu: İŞİD terrorçularını sərhəddən qovdu, Türkiyədəki yaşayış məntəqələrini raket hədəflərindən uzaqlaşdırdı. Eyni zamanda Suriyadakı YPG-nin şərq və qərb düşərgələrinin birləşməsinə imkan vermədi.

İndi Türkiyə və dəstəklədiyi müxalif qüvvələr cənuba enməyə hazırlaşır…"

Tarix
2016.10.29 / 15:38
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla