Yuxarı

İran 2 milyardlıq hərbi avadanlıq idxal etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran 2 milyardlıq hərbi avadanlıq idxal etdi

İran ABŞ blokadası və Qərbin sanksiyalarından yayınan hərbi agentliklər şəbəkəsi yaradıb, 2025-ci ilin yanvarından bəri İrana 2 milyard dollar dəyərində hərbi avadanlıq idxal edilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Röyters“in araşdırmasında bildirilib.

Məlumata görə, MOD hərfləri ilə başlayan adların arxasında nəhəng maliyyə və hərbi maşın təşkil edən 5000-dən çox agentlik gizlənir.

Belə ki, 2025-ci ilin yanvarından 2026-cı ilin iyununa qədər, o cümlədən bu il baş verən müharibənin ilk 4 ayına qədər bu agentliklərin sadəcə biri olan “MOD 346428” külli miqdarda raket mühərrikləri, partlayıcılar və digər silah komponentlərini İrana idxal edib.

Bu komponentlərin raket və dronların, eləcə də, raket buraxılışı qurğularının istehsalında istifadə olunduğu bildirilib.

Hərbi komponentlərin Çin, Rusiya, hətta Almaniyadan gətirildiyi, hava, dəniz və quru yolu ilə İrana idxal edildiyi qeyd olunub.

Araşdırmada İran bankları və dövlət sənədlərinin, korporativ sənədlər və idxal məlumatlarının istifadə olunduğunu vurğulayıb.

Tarix
2026.10.29 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla