Yuxarı

TDT Zirvəsi: Tramp Ərdoğana yenə zəng etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
TDT Zirvəsi: Tramp Ərdoğana yenə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Donald Tramp arasında bu gün də telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti Amerika tərəfinin təşəbbüsü ilə baş tutub:

”ABŞ Prezidenti Donald Tramp 29 Oktyabr - Cümhuriyyət Günü münasibətilə liderlərin qatıldığı şam yeməyi zamanı Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı ilə bağlı Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana telefon zəngi etdi. Prezidentimiz şam yeməyində iştirak edən liderlərin salamlarını ABŞ Prezidentinə çatdırdı. Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Toplantısının Ankarada keçiriləcəyini və bu görüşdə 200 milyondan çox əhalisi olan və Orta Asiyada sabitlik və təhlükəsizlik mənbəyinə çevrilən təşkilatımızın inkişafı üçün qərarlar qəbul ediləcəyini bildirdi. ABŞ Prezidenti Tramp həmçinin Prezidentimizə Türk Dövlətləri Təşkilatının Liderlər Toplantısı münasibətilə ən xoş arzularını çatdırdı”.

Qeyd edək ki, liderlər arasında ötən gün də telefon danışığı olmuşdu.

Tarix
2026.10.29 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla