Hörmüz boğazında daha iki tankerdə yanğın baş verdi
16:36
| Ana səhifə Planet |
|
Fransanın ikinci ən böyük şəhəri Marselin də yerləşdiyi Buş-dü-Ron departamentinin prefekti müvafiq sərəncamla yetkinlik yaşına çatmayanlar üçün komendant saatı elan edib.
Axar.az xəbər verir ki, bu barədə “Fiqaro” nəşri məlumat yayıb.
“Oktyabrın 31-də, şənbə günü keçirilməsi elan olunan etiraz aksiyaları ilə əlaqədar departamentin bir sıra rayonunda yetkinlik yaşına çatmayanların küçəyə çıxması qadağan ediləcək. Prefekt, həmçinin yalnız əvvəlcədən rəsmi qaydada elan edilmiş toplantıların keçirilməsinə icazə verib”, - məlumatda deyilib.
Qeyd edək ki, Fransanın daxili işlər naziri Loran Nunyes oktyabrın 31-də keçiriləcək etiraz aksiyaları zamanı 70 min hüquq-mühafizə orqanı əməkdaşının səfərbər ediləcəyini açıqlayıb.
|
Tarix
2026.10.30 / 15:49
|
Müəllif
Zeynəb Əkbər
|