Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi
16:19
| Ana səhifə Planet |
|
Türkiyədə deputat Mustafa Sarıgül Yeni Partiya üzvlüyündən istefa verdiyini açıqlayıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Sarıgül bu qərarı haqqında aparılan təhqiqat səbəbindən yaranan müzakirələrin partiyasına zərər vurmaması üçün etdiyini bildirib.
Partiyasının araşdırmalarla bağlı mübahisələrdən kənar tutmaq istəyən Sarıgül, ədalətin bərqərar olacağını və partiyaya qayıdacağını bildirib.
Qeyd edək ki, Türkiyədə çirkli pulların yuyulması şübhəsi ilə deputat, ailəsi barəsində başlanmış araşdırma yeni qalmaqallı detallarla diqqət çəkir. İşdə cinsi zorakılıq iddiaları və siyasətçinin keçmiş sürücüsünün sözlərinə görə, mafiya qruplaşmalarının əlinə keçmiş intim videoçəkilişlər də yer alır.
|
Tarix
2026.10.30 / 15:18
|
Müəllif
Axar.az
|