Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
02:00
| Ana səhifə Planet |
|
Yəməndəki üsyançı husilər ölkənin müvəqqəti paytaxtı Ədən şəhərindəki beynəlxalq hava limanına və Əl-Maaşiq prezident sarayına ballistik raketlərlə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Məcid ən-Nuzeyli məlumat yayıb.
Ordu nümayəndəsi, həmçinin üsyançılara qarşı həyata keçirilən "Yəmənin Şəfəqi" hərbi əməliyyatı çərçivəsində hökumət qüvvələrinin 1087 uğurlu əməliyyat keçirdiyini bildirib.
Qeyd olunub ki, əməliyyatlar zamanı husilərin ön komanda məntəqələrinə, qüvvələrinin cəmləşdiyi ərazilərə və ehtiyat bölmələrinə döyüş təyyarələri, pilotsuz uçuş aparatları və artilleriya vasitəsilə zərbələr endirilib.
|
Tarix
2026.10.31 / 01:26
|
Müəllif
Axar.az
|