Yuxarı

Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirildi - Navrotski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirildi - Navrotski

Bu gecə Varşavada ölkənin ali məhkəmə orqanlarından biri olan Konstitusiya Tribunalı zorla ələ keçirilib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotski bildirib.

"Bu gecə Polşa Respublikasında ictimai asayiş pozulub və konstitusion dövlət orqanı zor gücünə ələ keçirilib. Mən Ali Məhkəmənin birinci sədri, hakim Zbiqnev Kapinski ilə məsləhətləşmələr apardım. O da Konstitusiya Tribunalında hakimiyyəti qəsb edən şəxslərin hərəkətlərini qanuni hesab etmir", - o, mitinq iştirakçıları qarşısında çıxış edərkən deyib.

Navrotski hüquq qaydasını bərpa etməyə, güc strukturları əməkdaşlarını isə Konstitusiya Tribunalının ərazisini tərk etməyə çağırıb.

Qeyd edək ki, Polşada Konstitusiya Tribunalı ətrafında gərginlik oktyabrın ortalarından davam edir. Mübahisələrin əsas səbəblərindən biri hakimlərin təyin olunması və andiçmə proseduru ilə bağlı hökumətlə prezident arasında yaranmış fikir ayrılığıdır. Oktyabrın 16-da prokurorluq əməkdaşları da polis müşayiəti ilə Tribunalın binasına gələrək araşdırma çərçivəsində sənədləri və müşahidə kameralarının görüntülərini əldə ediblər. Tribunal rəhbərliyi həmin müdaxiləni qanunsuz hesab etsə də, tələb olunan materialları könüllü təqdim edib.

Tarix
2026.10.31 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla