Yuxarı

Almaniyanın 30-dan çox şəhərində etiraz: 100 min insan...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyanın 30-dan çox şəhərində etiraz: 100 min insan...

Almaniyanın 30-dan çox şəhərində gənclərin sosial tələblərlə bağlı keçirdiyi etiraz aksiyalarında 100 mindən çox insan iştirak edib.

Axar.az xəbər verir ki, “Gen Z regelt” təşəbbüsünün çağırışı ilə təşkil olunan nümayişlərdə təhsil üçün maliyyənin artırılması, yaşayış xərclərinin azaldılması, sosial ədalətin təmin edilməsi və iqlimin qorunması tələb olunub. Aksiya iştirakçıları sosial sahədə ixtisarların və hərbi xərclərin artırılmasının əleyhinə çıxıblar.

Berlin, Hamburq, Münxen, Leypsiq, Ştutqart, Frankfurt-Mayn, Köln və digər şəhərlərdə minlərlə insan küçələrə çıxıb. İctimai asayişin təmin olunması üçün təhlükəsizlik tədbirlərinə xeyli sayda polis əməkdaşı cəlb olunub. Berlində və digər şəhərlərdə bahalı butiklərin giriş və vitrinləri xüsusi vasitələrlə örtülüb.

Əksər şəhərlərdə nümayişlər axşama qədər dinc şəraitdə davam etsə də, Köln və Hamburqda qarşıdurmalar qeydə alınıb. Kölndə nümayişçilərin pirotexniki vasitələrdən istifadə etməsi və üzlərini gizlətməsi səbəbindən yürüş qadağan olunub. Polis su şırnaqlarından istifadə edib. Hamburqda isə polis əməkdaşlarına pirotexniki vasitələr və müxtəlif əşyalar atılıb.

Təşkilatçılar gənclərin gələcəyinə diqqət yetirilməsini və onların tələblərinin dinlənilməsini istəyirlər. Təhlükəsizlik orqanları aksiyaların radikal qruplar tərəfindən yönləndirilməsi ehtimalı barədə xəbərdarlıq etmişdi.

Tarix
2026.10.31 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla