Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:12
| Ana səhifə Planet |
|
NASA-nın X-59 “səssiz” və səsdən sürətli təyyarəsi bir illik uçuş sınaqlarını başa vurub və ilk dəfə ABŞ ərazisi boyunca uçuş həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Clash Reрort” məlumat yayıb.
X-59 55 min fut (təxminən 16,8 kilometr) yüksəklikdə “Mach 1.4” sürəti ilə uçmaq və güclü sonik partlayış əvəzinə, təxminən 75 desibel gücündə yumşaq səs zərbəsi yaratmaq üçün layihələndirilib. Bu səs avtomobil qapısının bağlanması zamanı yaranan səsə bərabərdir.
Təyyarənin son dərəcə uzun burun hissəsi zərbə dalğalarının formasını dəyişdirir. Ön şüşəsi olmayan təyyarədə pilot qarşıdakı mənzərəni kameralar əsasında işləyən görüntü sistemi vasitəsilə izləyir.
X-59 “Lockheed Martin” şirkəti tərəfindən hazırlanıb.
|
Tarix
2026.11.01 / 16:25
|
Müəllif
Axar.az
|