Yuxarı

Putinlə Türkiyədə görüşməyə hazıram - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinlə Türkiyədə görüşməyə hazıram - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, Zelenski bu barədə “CNN Türk”ə müsahibəsində deyib.

“Bilirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə özünəməxsus əlaqələri var. Buna görə də biz Türkiyədə görüşün keçirilməsini dəstəkləyirik. Lakin burada çox vacib bir məqam var. Qeyd etdiyiniz kimi, Türkiyədə artıq bir çox görüşlər baş tutub, həmçinin Birləşmiş Ərəb Əmirliklərində texniki qruplar və nümayəndə heyətləri arasında görüşlər olub. Müxtəlif nəticələr əldə edilsə də, müharibə davam edir”, - Zelenski bildirib.

Onun sözlərinə görə, liderlərin görüşündən sonra heç bir irəliləyiş olmazsa, daha çox suallar yaranacaq və vəziyyət diplomatiyanın uğursuzluğu kimi qiymətləndiriləcək:

“Çünki texniki qruplar bir araya gələndə nəticə əldə etməkdə çətinlik çəkə bilərlər. Lakin mən inanmıram ki, biz — rəhbərlər iradəmizi ortaya qoyduğumuz təqdirdə həll edə bilməyəcəyimiz hər hansı bir problem olsun. Məhz buna görə də istəyirəm ki, biz xüsusilə qərar qəbul edən şəxslər qismində bir araya gələk”.

Tarix
2026.11.01 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla