Yuxarı

Quldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirdi

Somali quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirib.

Axar.az Report-a istinadla xəbər verir ki, "Azini" adlı gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun şəhərləri arasındakı ərazidə ələ keçirilib.

Puntlend muxtar regionunun dəniz polisindəki mənbənin məlumatına görə, gəmidə 21 İran vətəndaşı və iki somalili mühafizəçi olub. Hücumda 12 quldur iştirak edib. Ekipaj üzvlərinin hazırkı vəziyyəti barədə hələlik məlumat yoxdur.

MSCIO xəbərdarlıq edib ki, ələ keçirilən gəmidən ticarət gəmilərinə hücumlar üçün üzən baza kimi istifadə oluna bilər.

Avropa Birliyinin "Atalanta" hərbi-dəniz əməliyyatı insidentlə bağlı araşdırmaya başlayıb. Əməliyyatın rəhbərliyi bölgədəki gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.

Tarix
2026.11.02 / 09:35
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla