Yuxarı

Ərdoğan Cənubi Koreyada səfərdədir - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Cənubi Koreyada səfərdədir - Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Cənubi Koreyaya səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, onları hava limanında Cənubi Koreyanın ticarət naziri Park Çunq-Sunq qarşılayıb.

Səfər çərçivəsində Ərdoğanı Türkiyə xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fateh Kaçır, AKP-nin sədr müavini və səhiyyə siyasətinin rəhbəri Xalid Yerəbakan və Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün müşayiət edir.

Noyabrın 4-dək davam edəcək səfər çərçivəsində Ərdoğanın 3 noyabrda Cənubi Koreya Prezidenti Li Çje Men ilə rəsmi görüşü nəzərdə tutulub.

Görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlığın bütün aspektlərinin müzakirə olunması, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsinin aparılması, həmçinin ikitərəfli münasibətlərin hüquqi bazasını möhkəmləndirməyə yönəlmiş müxtəlif sazişlərin imzalanması planlaşdırılır.

Tarix
2026.11.02 / 09:41
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla