Yuxarı

Rusiyada Hellouinlə bağlı sərt tədbir görüldü – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada Hellouinlə bağlı sərt tədbir görüldü – Video

Noyabrın 1-nə keçən gecə Moskvаnın mərkəzində Hellouin bayramını qeyd edən bir neçə nəfər hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “Ostorojno Moskva” məlumat yayıb.

Reyd müxtəlif kostyumlar geyinmiş gənclərin toplaşdığı Moskvanın Kitay-qorod rayonunda polis, OMON və Rusiya Milli Qvardiyasının əməkdaşları tərəfindən keçirilib. Hadisə yerindən yayılan videogörüntülərdə bir neçə nəfərin üzüstə asfaltın üzərinə uzadıldığı görünür. Saxlanılanlar arasında banan və tirannozavr kostyumları geyinmiş yeniyetmələr də olub. Onların hər ikisindən kostyumlarını çıxarmaq tələb edilib, daha sonra sərbəst buraxılıblar.

Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları Hellouin bayramı münasibətilə şənliyin keçirildiyi “Bizarre” svinger klubuna da basqın ediblər. Təxminən 200 qonaq üzüstə yerə uzadılıb, onların bir çoxunun üzərində axtarış aparılıb və dindirilib. Klubun ziyarətçiləri cizgi filmi qəhrəmanlarının və populyar mədəniyyətin digər personajlarının kostyumlarını geyiniblər. Masaların üzərində isə seks oyuncaqları olub. Polislər LGBT təbliğatı ilə bağlı materiallar axtarıblar.

Krasnodarda da polis Hellouin bayramı ilə əlaqədar reyd keçirərək bir neçə yeniyetməni saxlayıb. Yayılan videogörüntülərə əsasən, polis əməkdaşları müxtəlif kostyumlar geyinmiş və üzlərini boyamış gənclərin sənədlərini yoxlayıblar. Onlardan bəziləri barələrində inzibati protokol tərtib edilməsi üçün xidməti avtobuslara aparılıb.

Qeyd olunub ki, öncədən Krasnodarda yeniyetmələrə Hellouin şənlikləri təşkil etməyin və üzlərini boyayaraq küçələrdə gəzməyin qadağan olunduğu barədə xəbərdarlıq edilib. Bildirilib ki, patrul əməkdaşları buna nəzarət edəcək və qayda pozuntularına qarşı çox sərt tədbirlər görəcəklər. Buna baxmayaraq, Krasnodarın mərkəzi Krasnaya küçəsi Hellouin obrazlarında olan gənclərlə dolub.

Ədalətli Rusiya Partiyasından olan deputat Denis Xmelevski Hellouin bayramının qeyd edilməsini sərt tənqid edərək, bunun ənənəvi dəyərlərə zidd olduğunu və Qərbin mənfi təsirinin təzahürü sayıldığını vurğulayıb.

Tarix
2026.11.02 / 12:27
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla