Yuxarı

Xameneinin yeri gizli saxlanılır - Arakçı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xameneinin yeri gizli saxlanılır - Arakçı

İranın ali rəhbəri Müctəba Xameneinin çıxış və görüntüləri təhlükəsizliklə bağlı yayımlanmır, eləcə də olduğu yer gizli saxlanılır.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı "Əl Cəzirə" telekanalına müsahibəsində bildirib.

"O, rəhbərlik məqamında çox fəal və tam hakim bir şəkildə iştirak edir. Bütün məsələlər ona təqdim olunur, onun qərarları da bizə çatır və bu baxımdan heç bir zəif nöqtə yoxdur. Ondan heç bir görüntü və ya çıxışın yayımlanmaması, əsasən təhlükəsizlik səbəbləri ilə bağlıdır. Hər halda, biz hücum etməyə çalışan düşmənlərlə üzləşirik. Bu məsələni ötən iki müharibədə təcrübə etmişik. Onlar rəsmilərimizi öldürüblər. Liderimizi (Əli Xamenei-red.) qətlə yetiriblər", - Arakçı bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail ordusu müharibə zamanı İranın bəzi rəsmilərinin mənzilinə hücum etdiyi üçün M. Xameneinin yeri gizli saxlanılır:

"Hər halda, onun təhlükəsizliyini qorumaq məqsədilə qəbul edilmiş bir qərardır və mənim fikrimcə, bu, işlərin idarə olunmasında heç bir problem yaratmayıb".

Arakçı M.Xamenei ilə görüşmədiyini etiraf edib, lakin Prezident Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqir Qalibaf və digərlərinin ölkə liderinin qəbulunda olduğunu xatırladıb.

Tarix
2026.11.03 / 01:47
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla