Yuxarı

Floridada təyyarə qəzası: milyonçu və ailəsi həlak oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Floridada təyyarə qəzası: milyonçu və ailəsi həlak oldu

Amerikanın Florida ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində doqquz nəfər, o cümlədən texnologiya sahibkarı Adam Robinson, onun həyat yoldaşı və iki azyaşlı uşağı həlak olub.

Axar.az Report-a istinadla xəbər verir ki, təyyarə qəzası noyabrın 1-də Palm-Biç dairəsində baş verib.

Nəşrin məlumatına görə, "Learjet 60" təyyarəsinin göyərtəsində "Retention.com" və RB2B texnologiya şirkətlərinin banisi Adam Robinson, onun həyat yoldaşı Helen Şarp, dörd yaşlı qızı Emma və iki yaşlı oğlu Çarli olub.

Onlarla birlikdə uşaqların dayəsi Anita Mariya Setina, ailənin dostları Reyçel Rid və Çarmi Fer, həmçinin iki pilot da uçurdu. Onların hamısı həlak olub.

Təyyarə Ostindən (Texas ştatı) Baham adalarına doğru yola düşüb, lakin Qrinakres şəhərinin yaşayış massivində qəzaya uğrayıb.

İstintaqın ilkin məlumatlarına görə, hava gəmisi hələ yerlə toqquşmazdan əvvəl parçalanmağa başlayıb. Qəzadan əvvəl ekipaj dispetçerlərə təyyarənin buz bağlaması və güclü turbulentlik barədə məlumat verib.

Hadisənin səbəblərini ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) müəyyənləşdirir.

Tarix
2026.11.03 / 09:27
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla