Demokratlar qalib gəlsə, nə dəyişəcək? - Karden
09:22
| Ana səhifə Planet |
|
ABŞ-da keçiriləcək aralıq seçkilərində demokratların mümkün qəti qələbəsi Ukrayna münaqişəsini daha da gərginləşdirə bilər.
Axar.az xəbər verir ki, bunu amerikalı keçmiş diplomat, politoloq Ceyms Karden seçki nəticələrinin ABŞ Prezidenti Donald Trampın xarici siyasətinə ehtimal olunan təsirini şərh edərkən deyib.
"Əsas məsələ budur: nəticə nə olursa olsun, müharibə davam edəcək", - deyə o bildirib.
Ekspert hesab edir ki, demokratlar qalib gələrsə, Trampa qarşı ritorik hücumlarını gücləndirəcək, ona təzyiqi artıracaq və Kiyevə hərbi səyləri dəstəkləyəcəklər.
Onun sözlərinə görə, demokratların mümkün qəti qələbəsi sülhün yaxınlaşdığı anlamına gəlmir:
"Əslində, Rusiya və Ukrayna məsələsində bu, əksi deməkdir".
|
Tarix
2026.11.04 / 09:22
|
Müəllif
Axar.az
|