Bu ölkə İranla sərhədə ordu yeritdi
13:15
| Ana səhifə Planet |
|
İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb.
Axar.az xəbər verir ki, bu haqda “Əl-Mayadin” məlumat yayıb.
“İraq silahlı qüvvələri sərhəd zolağına yaxınlaşan hər hansı bir qrupa və ya şəxsə atəş açmaq üçün açıq əmrlər alıb”, - məlumatda bildirilib.
Bununla yanaşı, İraq ordusunun 17-ci diviziyasının komandanlığı da Bağdaddan Kərkük əyalətinə köçürülüb. Bu diviziya hazırda Kürdüstan muxtar bölgəsi ilə sərhəd xətlərində yerləşdirilib.
|
Tarix
2026.11.04 / 13:15
|
Müəllif
Axar.az
|