Sabah Fransada yüz minlərlə insan küçələrə axın edəcək
22:02
| Ana səhifə Planet |
|
Noyabrın 5-i axşam Parisətrafı yerlərdə 500 min nəfərdən 780 min nəfərədək etirazçının nümayişlərdə iştirakı gözlənilir. Parisin Polis Kəşfiyyat İdarəsinin proqnozuna görə isə bu şəhərdə 40 mindən 80 minədək insanın etiraz aksiyalarına qatılacağı proqnozlaşdırılır.
Axar.az xəbər verir ki, bu barədə Fransa Ərazi Kəşfiyyat Xidmətinin məlumatında bildirilir.
Qeyd olunub ki, Nazirlər Kabinetinin iclasından sonra Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasının keçirilməsi planlaşdırılır. Məqsədi qarşıdakı iki etiraz aksiyasına ictimai asayişin qorunması və hüquq-mühafizə tədbirləri baxımından hazırlıq görməkdir.
|
Tarix
2026.11.04 / 22:02
|
Müəllif
Axar.az
|