Yuxarı

Putin hiyləgərlik edir, Trampı isə anlamıram - Boler

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin hiyləgərlik edir, Trampı isə anlamıram - Boler

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında münasibətlərdə açıq şəkildə yaxınlaşma müşahidə olunsa da, onların məqsədləri fərqlidir. Tramp faktiki olaraq dünyanı nüfuz dairələrinə bölür və dövlət blokları formalaşdırırsa, Putin isə özünə sərfəli mövqelər tutmağa və yenidən pul qazanmağa çalışaraq olduqca hiyləgər siyasət yürüdür.

Axar.az xəbər verir ki, bunu Niderlandın hərbi analitiki, müdafiə və təhlükəsizlik məsələləri üzrə ekspert Patrik Boler bildirib.

Bununla yanaşı, ekspert Trampın davranışlarını izah etməyin çətin olduğunu vurğulayıb:

“Trampın davranışlarını həqiqətən başa düşmürəm. Axı Putindən əldə etdiyi Rusiya nefti belə Trampın gözlədiyi həcmdə deyil və qiymətlərin aşağı düşməsinə də səbəb olmur”.

Onun sözlərinə görə, Rusiya peykləri ABŞ-ın hərbi peyklərini izləməyə davam edir. Bundan başqa, Rusiya kəşfiyyat məlumatlarını husilərə və İrana ötürüb. İran isə həmin məlumatlardan Fars körfəzi bölgəsindəki ABŞ hərbçilərinə zərbələr endirmək üçün istifadə edib.

Həmin hücumlar nəticəsində ABŞ hərbçiləri həlak olsa da, Tramp Putinə qarşı cəza tədbirləri görmək əvəzinə onu dəstəkləməyə davam edir:

“Bu, çox qəribədir. Onun niyə belə davrandığını heç cür anlaya bilmirəm. Bənzər vəziyyət Trampın ilk prezidentlik dövründə də yaşanmışdı. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın ABŞ-a qarşı düşmənçilik fəaliyyətləri barədə məlumat verirdi. Tramp isə bu barədə Putindən soruşacağını bildirirdi. Təbii ki, Putin hər şeyi inkar etdi. Bundan sonra Tramp MKİ-nin nədən danışdığını anlamadığını iddia etdi”.

Boler bildirib ki, Trampın əsas problemlərindən biri analitik hesabatları oxumaması və xoşuna gəlməyən məlumatları qəbul etmək istəməməsidir. Onun sözlərinə görə, Tramp belə məlumatları görməzdən gəlir və yalan adlandırır. Bu isə onunla işləməyi çətinləşdirir.

Tarix
2026.11.05 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla