Yuxarı

Tramp seçkilərdə uduzdu, lakin Kiyev sevinə bilmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp seçkilərdə uduzdu, lakin Kiyev sevinə bilmir

ABŞ Konqresinə keçirilən aralıq seçkilərinin nəticələri təkcə ölkənin daxili siyasətinə deyil, beynəlxalq münasibətlərə də ciddi təsir göstərə bilər. Xüsusilə, Prezident Donald Trampın mövqelərinin zəifləməsi onun Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə yanaşmasına təsir edə bilər.

Axar.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.

Nəşrin müəlliflərinin qeyd etdiyinə görə, Tramp təxminən iki il ərzində ABŞ-ın xarici siyasətində formalaşmış prinsiplərə yenidən baxaraq həm Vaşinqtonun müttəfiqləri, həm də rəqibləri arasında qeyri-müəyyənlik yaradıb. İndi isə onlar seçkilərdə mümkün uğursuzluğun prezidentin kompromislərə getməsinə, yoxsa əksinə, öz qərarlarını daha qətiyyətlə həyata keçirməsinə səbəb olacağını anlamağa çalışırlar.

Bildirilir ki, Kiyev seçkilərin nəticələri açıqlanmamışdan əvvəl Trampın prezidentlik müddətindən sonrakı dövrə hazırlaşmağa başlayıb. Son aylarda Ukrayna Prezidenti Vladimir Zelenski ilə Donald Tramp arasındakı münasibətlər xeyli pisləşib. Tramp Ukrayna liderinin dəyişdirilməsini tələb edib, Rusiyanın maraqlarına uyğun enerji sazişlərini irəli sürüb, həmçinin Ukraynanın ABŞ texnologiyalarına və kəşfiyyat məlumatlarına çıxışını məhdudlaşdırıb. Buna görə də Trampın seçkilərdə məğlubiyyəti Kiyev üçün müsbət hadisə kimi qiymətləndirilir.

Bununla belə, Trampın mövqelərinin zəifləməsi Ukrayna üçün vəziyyətin mütləq yaxşılaşacağı demək deyil. Kiyev hərbi əməkdaşlıq məsələlərində hələ də Ağ Ev ilə münasibətləri qoruyub saxlamağa məcburdur.

Bundan əlavə, jurnalistlər hesab edirlər ki, Vladimir Putin Trampın prezidentlik müddətinin başa çatmasına qədər qalan vaxtdan maksimum istifadə etməyə və Ukraynada hərbi uğurlar əldə etməyə çalışa bilər.

Tarix
2026.11.05 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla