Yuxarı

AB üzvlük prosesini dayandırdı - Tiflisdən cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB üzvlük prosesini dayandırdı - Tiflisdən cavab

Gürcüstan Avropa Komissiyasını ölkənin daxili işlərinə müdaxilədə ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi Avropa Birliyinin Tiflisin üzvlük prosesini dayandırmasına cavab olaraq bildirib.

“Sənəddə faktiki qeyri-dəqiqliklərə və yanlış qiymətləndirmələrə yol verilib, həmçinin antigürcüstan narrativlərinin yayılmasına şərait yaradılıb. AK-nın ölkənin tərəqqisini obyektiv qiymətləndirmək imkanları elə Avropa Birliyinin özü tərəfindən məhdudlaşdırılıb. Xüsusilə, hesabat dövründə Brüssel Assosiasiya Sazişi çərçivəsində Tiflislə heç bir səviyyədə görüş keçirməyib”, - məlumatda deyilib.

Gürcüstan XİN AK-nı seçmə təhlil aparmaqda və hüquqi məsələləri siyasiləşdirməkdə ittiham edərək, bunu qanunun aliliyi prinsipinin pozulması və ölkənin daxili işlərinə açıq müdaxilə cəhdi kimi qiymətləndirib.

Qeyd edək ki, Gürcüstanın Avropa Birliyinə üzvlük prosesi faktiki olaraq dayanıb.

Tarix
2026.11.05 / 11:08
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla