Yuxarı

Saakaşvili: “Biz artıq yaxşı başa düşürük ki...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili: “Biz artıq yaxşı başa düşürük ki...”

Gürcüstanda keçirilən parlament seçkisinin II turu hazırkı hökumət tərəfindən saxtalaşdırılıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, xalq hakimiyyətlə aktiv mübarizəyə başlamalıdır:

"Biz 2003-cü ildə hökumətin seçkidə kütləvi saxtakarlıq edəcəyini bilirdik, ona görə də səfərbər olmuşduq. Biz artıq yaxşı başa düşürük ki, Gürcüstanda bundan sonra Bidzina İvanişvilinin nəzarət etdiyi bütün seçkilər saxtalaşdırılacaq. Bu cinayətkar rejimə qarşı dayanmalıyıq. Təcili olaraq qruplaşıb, aktiv mübarizə başlatmalıyıq".

Qeyd edək ki, Gürcüstan parlament seçkisinin 2-ci turunda Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası heç bir dairədə qələbə qazana bilməyib. Bununla da Vahid Milli Hərəkat parlamentdə 27 mandatla kifayətlənməli olub. Gürcü Arzu partiyası isə parlamentdə 115 yerə yiyələnib.

Gürcüstan parlamenti 150 deputatdan ibarətdir.

Tarix
2016.10.31 / 16:19
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla