KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
15:15
| Ana səhifə Planet |
|
Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib.
“İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyini və artıq belə maraqlarımızın olmadığını rəsmiləşdirək”, - o bildirib.
Qeyd edək ki, KTMT-nin Baş katibi Taаlatbek Masadıkov təşkilatın 11 noyabrda keçiriləcək sammitində nizamnamənin 25-ci maddəsinin Ermənistana tətbiq edilməsi məsələsinin nəzərdən keçirilə biləcəyini bildirmişdi. Bu müddəa iki ildən çox üzvlük haqqını ödəməyən dövlətlərin təşkilatdakı hüquqlarına məhdudiyyətlər qoyur.
|
Tarix
2026.11.05 / 15:15
|
Müəllif
Zeynəb Əkbər
|