İran Yəməndə hərbi iştirakını təkzib etdi
21:15
| Ana səhifə Planet |
|
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai AB diplomatiyasının rəhbəri Kaya Kallasın Tehranın Səudiyyə Ərəbistanı ilə Yəmən arasındakı münaqişəyə müdaxilə etməsi ilə bağlı iddialarını rədd edib.
Axar.az xəbər verir ki, Bəqai bu cür məlumatların faktları gizlətmək və ictimaiyyətin diqqətini yayındırmaq üçün yayıldığını deyib.
O əlavə edib ki, Yəmən xalqı öz suverenliyini və insan ləyaqətini müdafiə etmək üçün lazımi imkanlara, təcrübəyə, cəsarətə və iradəyə malikdir və heç kimin müdaxiləsinə ehtiyac duymur.
Bəqayi Avropa Birliyinin Yəmənə qarşı sanksiyalarda və iqtisadi blokadada iştirak etməklə həmin ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasında şərik olduğunu deyib.
|
Tarix
2026.11.05 / 21:15
|
Müəllif
Axar.az
|