Yuxarı

Rusiyadan vətəndaşlarına İranla bağlı - Xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan vətəndaşlarına İranla bağlı - Xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi İran İslam Respublikası ətrafında vəziyyətin yenidən gərginləşməsi riskinin qalması ilə əlaqədar ölkə vətəndaşlarına müvəqqəti olaraq bu ölkəyə səfər etməkdən çəkinməyi məsləhət bilib.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“İran ətrafında yeni eskalasiya riskləri fonunda Rusiya vətəndaşları üçün tövsiyələrimiz əvvəlki kimi qüvvədədir. Vəziyyət nizamlanana qədər, əvvəlki tövsiyəmizə uyğun olaraq, hələlik bu ölkəyə səfər etməkdən müvəqqəti çəkinməyi məsləhət görürük”, – deyə o qeyd edib.

Diplomat İran ərazisində olan Rusiya vətəndaşlarını daha diqqətli olmağa, insanların kütləvi toplaşdığı yerlərdən, ictimai tədbirlərdən, eləcə də hərbi və dövlət obyektlərinin yaxınlığındakı ərazilərdən uzaq durmağa çağırıb.

XİN nümayəndəsi vəziyyəti diqqətlə izləməyin, İran hakimiyyətinin rəsmi məlumatlarını əsas götürməyin və onların göstərişlərinə ciddi əməl etməyin vacibliyini vurğulayıb.

O, foto və video çəkilişlərlə bağlı məhdudiyyətlərə xüsusi diqqət çəkib. M.Zaxarova kritik əhəmiyyətli nəqliyyat və enerji infrastrukturu obyektlərinin, xüsusilə də hərbi infrastrukturun foto və video çəkilişinin qətiyyən tövsiyə olunmadığını bildirib.

Tarix
2026.11.05 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla