Yuxarı

Fransada etiraz aksiyaları səngimir: 448 nəfər saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada etiraz aksiyaları səngimir: 448 nəfər saxlanıldı

Fransanın Ümumi Əmək Konfederasiyası (CGT) noyabrın 5-də həmkarlar ittifaqlarının təşkil etdiyi ümummilli etiraz aksiyalarında ölkə üzrə təxminən 1,6 milyon nəfərin iştirak etdiyini açıqlayıb. Təşkilatın saat 17:45-də yaydığı və BFMTV telekanalının istinad etdiyi məlumata görə, nümayişçilərin 350 mini Parisdə aksiyaya qatılıb.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyi isə saat 17:00-a olan ilkin hesablamalarına əsasən, aksiyalarda iştirak edənlərin sayını təxminən 600 min nəfər göstərib. Rəqəmlər arasında ciddi fərq olsa da, hər iki qurumun məlumatları noyabrın 5-də keçirilən aksiyaların payızın əvvəlindən bəri bir gündə qeydə alınan ən böyük etiraz səfərbərliyi olduğunu göstərir.

Parisdə CGT-nin baş katibi Sofi Bine nümayişçilərin sayından məmnunluğunu ifadə edərək, “Tətil son dərəcə effektivdir”, – deyə bildirib. O, hökumətə qarşı mübarizədə həmkarlar ittifaqlarının qətiyyətli mövqeyini vurğulayaraq, “Bizi heç nə dayandıra bilməz”, – söyləyib.

Sofi Bine əməkhaqlarının ümumi artırılmasına çağırıb və minimum əməkhaqqının (SMIC) 10 faiz yüksəldilməsini tələb edib. O, noyabrın 5-də keçirilən aksiyanı uğurlu qiymətləndirərək, tətil hərəkatının effektivliyini bir daha vurğulayıb.

DİN aksiya zamanı 448 nəfərin saxlanıldığını bəyan edib.

Tarix
2026.11.05 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla