Ukrayna ərazilərini geri ala bilməyəcək - Rutte
09:00
| Ana səhifə Planet |
|
Ukrayna Rusiya ilə münaqişənin həlli nəticəsində bütün ərazilərini geri ala bilməyəcək.
Axar.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
Onun sözlərinə görə, Kiyevin mümkün razılaşmada qəbul etməyə hazır olduğu şərtlər yalnız onun öz qərarıdır.
Rutte əlavə edib ki, Ukrayna xalqı adından belə bir qərarı yalnız ölkə prezidenti Vladimir Zelenski və onun hökuməti verə bilər.
“Bu müharibədə tam qələbə qazanması ehtimalı azdır. Ümid edək ki, bu müharibə bitəcək, baxmayaraq ki, Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır”.
Lakin o vurğulayıb ki, bu cür münaqişələr həmişə sülh razılaşması ilə başa çatır və bu da çox vaxt güzəşt tələb edir.
|
Tarix
2026.11.07 / 09:00
|
Müəllif
Axar.az
|