Tailandda naməlum metal top tapıldı: Əhaliyə xəbərdarlıq...
01:47
| Ana səhifə Planet |
|
Tailandın Ko Mai Phai adasının sahilində naməlum metal top aşkar edilib.
Axar.az xəbər verir ki, bu barədə “Thaiger” portalının məlumatında deyilir.
Obyekt 1 noyabrda Hat Noppharat Thara - Mu Ko Phi Phi Milli Parkında qoruqçular tərəfindən aşkar edilib, onun mənşəyi hələ müəyyən edilməyib.
Tailandın Geoinformatika və Kosmik Agentliyi obyekti araşdırmaq üçün adaya tədqiqat qrupu göndərib. Komanda ekspedisiya başa çatdıqdan sonra təhlillərinin nəticələrini açıqlayacaq.
Hadisədən sonra yerli hakimiyyət orqanları vətəndaşlara və turistlərə təhlükəli kimyəvi maddələrin olması riski səbəbindən kosmik zibillərə bənzəyən naməlum obyektlərə toxunmamağı və ya hərəkət etdirməməyi tövsiyə edib.
|
Tarix
2026.11.07 / 01:47
|
Müəllif
Axar.az
|