Türkiyədə özbəkistanlı narkobaron saxlanıldı - Video
10:53
| Ana səhifə Planet |
|
İnterpolun "Qırmızı bülleten"i ilə axtarışda olan Özbəkistan əsilli narkobaron Adil Fəxrəddin oğlu Xudayberdiyev (Odil Fakhrıdınovich Khudayberdıev) Türkiyənin Mərsin şəhərində saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Kənd təsərrüfatı ərazisi sayılan yerdə gizləndiyi müəyyən edilən şübhəli şəxs istixanaların olduğu zonadakı bir evdə ələ keçirilib və daha sonra məhkəmə orqanlarına təhvil verilib.
|
Tarix
2026.11.07 / 10:53
|
Müəllif
Samir Soltanov
|