Yuxarı

Qəzzada dağıntılar arasında 250 toy - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzzada dağıntılar arasında 250 toy - Video

Qəzza zolağında İsrail hücumları nəticəsində evlərini və yaxınlarını itirən 250 fələstinli cütlük kütləvi toy mərasimi ilə ailə həyatı qurub.

Axar.az lent.az-a istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə keçirilən “Sevinc libası 3” adlı mərasim dağıdılmış binaların və məcburi köçkünlərin yaşadığı çadırların yaxınlığında təşkil olunub.

Qəzza şəhərində keçirilən mərasimə bəylər kostyumda, gəlinlər isə ənənəvi Fələstin naxışları ilə bəzədilmiş ağ gəlinliklərdə qatılıblar.

Toy iştirakçılarından Səid ən-Nəccar İsrail bombardmanı zamanı evlərinin dağıldığını və hazırda ailəsi ilə çadırda yaşadığını bildirib.

“Bu sevinc təkcə 250 bəyin deyil, bütün Qəzza xalqının sevincidir”, – deyə o vurğulayıb.

Digər bəy Münir ət-Tətari isə müharibədə anasını və bir çox yaxınını itirdiyini söyləyib. O, toy günündə anasının yanında olmasını çox arzuladığını bildirib.

Məhəmməd Kuveydir adlı bəy isə evinin dağıldığını, yeni mənzil almağa və ya kirayələməyə maddi imkanının olmadığını deyib. O, həyat yoldaşı ilə evlilik həyatına çadırda başlayacağını açıqlayıb.

Təşkilatçıların məlumatına görə, kütləvi toyda iştirak üçün 11 min 622 nəfər müraciət edib. Onlardan 1335-i püşkatmaya buraxılıb və 250 bəy seçilib. Təşkilatçılar mərasimin əsas məqsədinin ağır humanitar şəraitdə yaşayan fələstinli gənclərə dəstək olmaq və onlara ümid vermək olduğunu bildiriblər.

Tarix
2026.11.07 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla