Yuxarı

Meqan Marklın atası həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur.

Axar.az Axşam.az-a istinadla xəbər verir ki, “Deyli Meyl“ nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarında həbs edilib.

Bildirilib ki, Tomas Markl uşaqlara qarşı seksual zorakılıq materiallarını saxlamaqda ittiham olunur. Onun saxlanılması bir neçə ölkəni əhatə edən genişmiqyaslı istintaqın nəticəsi kimi təqdim edilir.

Nəşrin məlumatına əsasən, araşdırmanın əsas epizodlarından biri Marklın Meksikada kirayələdiyi saxlanc anbarının yoxlanılması olub. Axtarış zamanı təxminən 20 qutu müxtəlif material və əşyalar aşkarlanıb.

Qutuların içərisində uşaqların seksual istismarını əks etdirən materiallar olduğu iddia edilən kitab və jurnallar, ağ-qara fotolar, VHS kasetləri, kompüterlər, sərt disklər və fleş yaddaş qurğuları tapıldığı bildirilir.

Qeyd edək ki, keçmiş Hollivud işıqlandırma mütəxəssisi olan Tomas Markl son illərdə müxtəlif ölkələrdə yaşayıb. O, əvvəlcə Meksikaya, daha sonra Filippinə köçüb. Bu ilin yazında isə ABŞ-ın Florida ştatına qayıdıb.

Məlumata görə, saxlanılmasından qısa müddət əvvəl o, demensiyadan əziyyət çəkən şəxslər üçün nəzərdə tutulmuş xüsusi müəssisəyə yerləşdirilib. Tomas Marklın ötən il ayağının amputasiya edildiyi və hazırda əlil arabasından istifadə etdiyi bildirilir.

Tarix
2026.11.07 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla