İsrail prezidenti yeni hökumət üçün Eyzenkota səlahiyyət verdi
00:26
| Ana səhifə Planet |
|
İsrail Prezidenti İshaq Herzoq hökümət qurmaq üçün ilk imkanı müxalifət lideri Gadi Eyzenkota verib.
Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Müxalifət lideri 28 gün ərzində yeni hökuməti qurmalıdır, əgər bu müddətdə hökumət qura bilməsə, səlahiyyət Baş nazir Benyamin Netanyahuya veriləcək.
Qeyd edək ki, İsraildə 27 oktyabrda baş tutan seçkilərdə heç bir blok hökumət qurmaq üçün lazım olan qədər (120 yerlik Knessetdə ən azı 61 yer) mandat qazanmayıb. Belə ki, Netanyahu Bloku 53, Ayzenkot Bloku isə 48 mandat əldə edib. Ərəb partiyaları isə 19 mandata sahib olub.
|
Tarix
2026.11.08 / 00:26
|
Müəllif
Axar.az
|