Yuxarı

Makron üçün gizli sığınacaq hazırlandı: Buradan qaçacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron üçün gizli sığınacaq hazırlandı: Buradan qaçacaq

Yelisey sarayına hücum ediləcəyi təqdirdə Fransa Prezidenti Emmanuel Makronun təxliyə olunması üçün Paris ətrafında gizli sığınacaq hazırlanıb.

Axar.az xəbər verir ki, bunu fransız araşdırmaçı jurnalistlər Pyer Qastino, Antuan İzambar və Frank Renonun müəllifi olduqları "Yeni Kölgə Ordusu" (“La nouvelle armée de l'ombre”) adlı kitabda yazıblar.

“Hakimiyyət orqanları 1934-cü ilin fevralında baş verən və hökumətin süqutu ilə nəticələnən genişmiqyaslı iğtişaşlardan dərs çıxararaq, prezidentin təxliyəsi ilə bağlı ssenarilər hazırlamağa başlayıblar.

Paris polis rəisi Patris For mümkün vətəndaş iğtişaşlarına hazırlıq məqsədilə bir sıra görüşlər keçirib. Fransanın xarici kəşfiyyat xidməti olan Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) seçkilərə müdaxilə ssenariləri üzrə simulyasiyalar aparıb. Polis qüvvələri isə dağıdıcı kiberhücum baş verəcəyi təqdirdə smartfonsuz fəaliyyət göstərmək üzrə təlimlər keçib.

Hələ aprel ayında yüksək rütbəli bir kəşfiyyat rəsmisi xəbərdarlıq edərək bildirib ki, Fransa böyük bir üsyana doğru irəliləyir. O, buna səbəb kimi yanacaq qiymətlərinin artmasını və əvvəlki etiraz dalğalarından bəri toplanan narazılığı göstərib.

Bundan əlavə, Fransa təhlükəsizlik qüvvələri böhran vəziyyətində hərəkət planları hazırlayırlar. Bura silahlı üsyan baş verəcəyi təqdirdə parlamentin mühafizəsi üçün ordunun cəlb edilməsi ehtimalı da daxildir”, - kitabda qeyd olunub.

Tarix
2026.11.08 / 13:36
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla