Yuxarı

Putin Ukrayna ilə görüşə onları göndərir - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Ukrayna ilə görüşə onları göndərir - Siyahı

Rusiya Ukrayna ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə daha yüksək səviyyəli nümayəndə heyəti göndərir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Heyətdə həmçinin Rusiya xarici işlər nazirinin müavinləri Sergey Ryabkov, Mixail Qaluzin, hərbi kəşfiyyatın rəisi İqor Kostyukov və Baş Qərargahın nümayəndəsi Yuri Jiqarlovski də yer alıblar.

Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov rəhbərlik edəcək. Heyətin tərkibində Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov və “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya da yer alacaqlar.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidə noyabrın 10–11-də üçtərəfli danışıqlar aparması planlaşdırılır.

Tarix
2026.11.08 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın X səhifəsində Zəfər təbriki yayıldı

İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilir

Ərdoğanın Şuşada qarşılanma mərasimi - Video

Şimali Kipr də Azərbaycanı təbrik etdi

Şuşada Ərdoğanın qarşılanmasına hazırlıq – Video

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğanı şəxsən İlham Əliyev qarşıladı - Video

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla