Yuxarı

Misirdə qatarlar toqquşdu: 64 nəfər yaralandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirdə qatarlar toqquşdu: 64 nəfər yaralandı

Misirin paytaxtı Qahirənin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 64 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bütün qurbanlara tibbi yardımın göstərildiyi bildirilib.

"Misir səhiyyə naziri Xalid Əbdül Qaffar bir neçə sərnişin qatarının vaqonunun aşması nəticəsində xəsarət alanlara yardım göstərilməsinə şəxsən nəzarət edib. Hadisə nəticəsində 64 nəfər xəsarət alıb və hamısı xəstəxanaya yerləşdirilib", - deyə qeyd edilib.

Nazirlik əlavə edib ki, Əbdül Qaffar qəzanın baş verdiyi Giza və qonşu Beni Süef vilayətində tibb müəssisələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.

Daha əvvəl “Masrawy” portalı hadisədə ən azı 150 nəfərin xəsarət alması barədə informasiya yaymışdı.

Tarix
2026.11.08 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla