Türkiyə və İraq razılaşdı: PKK-ya qarşı...
21:39
| Ana səhifə Planet |
|
Türkiyə və İraq Sincarda dövlət hakimiyyətinin təmin edilməsi və PKK-nın mövcudluğuna son qoyulması barədə razılığa gəliblər.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki ölkə prosesi izləmək üçün Birgə Təhlükəsizlik Koordinasiya Komitəsinin fəaliyyətinin bərpasına qərar veriblər.
Bildirilib ki, rəhbərlik səviyyəsində əldə edilən razılığa uyğun olaraq, Türkiyə tərəfi Başika-Zilikan bazasının tədricən İraq Federal Hökumətinə təhvil verilməsi istiqamətində lazımi addımları atmağa başlayacaq.
|
Tarix
2026.11.08 / 21:39
|
Müəllif
Axar.az
|