Yuxarı

Rusiya İrana S-400 sistemləri verə bilərmi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya İrana S-400 sistemləri verə bilərmi?

Rusiyanın İrana S-400 zenit-raket komplekslərini təhvil verməsi ehtimalı azdır.

Axar.az xəbər verir ki, bu barədə "Telegraph" analitiklərə istinadla məlumat yayıb.

"Bunun səbəbi S-400 sistemlərinin Rusiyanın əsas hava hücumundan müdafiə vasitəsi olmasıdır. Xüsusilə də Ukrayna qüvvələrinin Rusiyanın neft emalı zavodlarına və kritik infrastrukturuna endirdiyi kütləvi zərbələr fonunda bu sistemlərin əhəmiyyəti daha da artır. Ukrayna qüvvələri Rusiyanın S-400 komplekslərini məhv edir ki, bu da həmin sistemlərin İrana tədarükü ehtimalını daha da azaldır. Rusiya S-400 komplekslərinin istehsalında çətinliklərlə üzləşir. Beynəlxalq sanksiyalardan yan keçməyə çalışmasına baxmayaraq, bu məhdudiyyətlər komplekslərin istehsalını hələ də çətinləşdirir və ləngidir. Bundan əlavə, Rusiya S-400 komplekslərindən Ukraynaya ballistik zərbələr endirmək üçün də istifadə edir. Bu məqsədlə əsasən RM-48U modifikasiyalı “yer-yer” tipli raketlərdən yararlanır",- analitiklər bildiriblər.

Qeyd edək ki, Britaniyanın "The Telegraph" nəşrinin yaydığı məlumatlara görə, İran Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükünü istəyib.

Tarix
2026.11.09 / 10:23
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla