Sabah hava necə olacaq?
13:12
| Ana səhifə Planet |
|
Hazırda ABŞ həbsxanasında saxlanılan Venesuelanın keçmiş prezidenti Nikolas Maduro dinə və fəlsəfəyə üz tutub.
Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" müxtəlif mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, siyasətçi boş vaxtının çox hissəsini İncil və Quranı oxumağa sərf edir. O, həmçinin iudaizmə də maraq göstərməyə başlayıb.
Həm Maduro, həm də həyat yoldaşı Siliya Flores həbsdə olduqları müddətdə xeyli arıqlayıblar. Jurnalistlər Venesuela liderinin həyat yoldaşının səhhətinin "kritik" vəziyyətdə olduğunu bildirirlər.
Qeyd edək ki, daha əvvəl Flores ABŞ həbsxanasında infarkt keçirib.
|
Tarix
2026.11.09 / 13:03
|
Müəllif
Sevgi İsmayılbəyli
|