Yuxarı

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Kipr məsələsi onlar üçün sadəcə bir xarici siyasət mövzusu deyil:

“Biz Kiprlə bağlı iki dövlətli həll modelini qətiyyətlə dəstəkləyirik. Buna görə də Kipr məsələsi ilə bağlı mövqeyimiz son dərəcə aydın və birmənalıdır. Adada iki ayrı xalqın və iki ayrı dövlətin mövcud olduğu reallığı artıq qəbul edilməlidir. Dəfələrlə sınanan, lakin hər dəfə müxtəlif hiylələrlə pozulan modellər vaxt və enerji itkisindən başqa bir şey deyil. İlk növbədə dost və qardaşlarımız başda olmaqla bütün dövlətləri Kipr adasında davamlı sülhə dəstək olmaq məqsədilə Şimali Kipr Türk Respublikasını tanımağa, onunla siyasi, diplomatik və iqtisadi əlaqələr qurmağa çağırıram. Birləşmiş Millətlər Təşkilatının kürsüsündən də bəyan etdiyim kimi, Şimali Kiprin türk xalqının suveren bərabərliyi rəsmən tanınmalı, məruz qaldıqları qeyri-insani təcridə son qoyulmalıdır. Bu yeni dövrdə biz bu çağırışa uyğun addımlar atmağa və beynəlxalq platformalarda Şimali Kipr Türk Respublikasının yanında olmağa davam edəcəyik. Şimali Kipr Türk Respublikasının tanınmasını artırmağa yönəlmiş təşəbbüs və layihələr davam etdiriləcək. Kipr məsələsi ədalət bərqərar olana qədər mübarizəsini aparacağımız milli bir davadır. Hər kəs bunu birdəfəlik anlamalıdır”.

Tarix
2026.11.09 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanla Bakı arasında münasibətlərin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla