Paşinyanın Türkiyəyə gedəcəyi tarix açıqlandı
16:35
| Ana səhifə Planet |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
O, Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) iştirak edəcək.
Qeyd edək ki, COP31 noyabrın 9-da başlayıb və ayın 20-dək davam edəcək. Konfrans çərçivəsində noyabrın 11-12-də dövlət və hökumət başçılarının sammiti keçiriləcək.
|
Tarix
2026.11.09 / 16:35
|
Müəllif
Zeynəb Əkbər
|