Yuxarı

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, noyabrın 9-da Ukrayna Ali Radasında keçirilən sessiya iclasında Ukrayna Silahlı Qüvvələri daxilində Kosmik Qüvvələrin yaradılması haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib. Təşəbbüs Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirmək məqsədi daşıyır.

Qanun ölkənin müdafiə potensialını gücləndirmək üçün kosmik texnologiyaları inkişaf etdirməyi hədəfləyir. Kosmik Qüvvələrin yaradılmasında məqsəd düşmənin raket buraxılışları üçün milli erkən xəbərdarlıq sistemini yaratmaq, raket və kosmik hücumlara qarşı effektiv əks tədbirlərin hazırlanmasını, təhlükəsizlik və müdafiə sektorunun ehtiyacları üçün milli təhlükəsiz peyk rabitə sisteminin formalaşdırılmasını həyata keçirməkdir.

Aparıcı ölkələrdən ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, İran və Rusiyanın öz kosmik qüvvələri var.

Qanun layihəsinin müəllifləri qeyd edirlər ki, Ukrayna öz peyklərini və idarəetmə sistemlərini yaratmaq üçün lazımi elmi, mühəndislik, istehsal və infrastruktur imkanlarına malikdir. Bu, ona öz peyk bürcü vasitəsilə kəşfiyyat imkanlarını genişləndirməyə imkan verəcək.

Tarix
2026.11.09 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla