Yuxarı

Son 3 ayda Ermənistana 400 mindən çox rus gedib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son 3 ayda Ermənistana 400 mindən çox rus gedib

2026-cı ilin üçüncü rübündə rekord sayda rusiyalı Ermənistan, Gürcüstan və Serbiyaya səyahət edib.

Axar.az xəbər verir ki, bu barədə “Vyorstka” saytı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinə istinadla məlumat yayıb.

“İyuldan sentyabr ayına qədər rusların bu ölkələrə səfərlərinin sayı statistik müşahidələrin aparıldığı son 17 il ərzində ən yüksək səviyyəyə çatıb. 660,3 min Rusiya vətəndaşı Gürcüstana, 402,3 min nəfər Ermənistana, 64,8 min nəfər isə Serbiyaya səyahət edib.

Gürcüstana səfərlərin artması xüsusilə diqqət çəkir: bu rəqəm, Rusiyada səfərbərliyin elan olunduğu 2022-ci ilin üçüncü rübü ilə müqayisədə 43% yüksək olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistana səfər edən rusiyalıların sayı 57 000 nəfər, Serbiyaya gedənlərin sayı isə təxminən 14 000 nəfər artıb”, - məlumatda qeyd olunub.

Tarix
2026.11.09 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla