Ukrayna, ABŞ və Rusiya sabah bunları müzakirə edəcək - KİV
20:58
| Ana səhifə Planet |
|
Ermənistanda iki rusiyalı hərbçi Ukrayna vətəndaşını döyməkdə şübhəli bilinərək saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti Ermənistan İstintaq Komitəsinə istinadla məlumat yayıb.
Məlumata görə, təxminən bir ay əvvəl Gümrüdəki Rusiya bazasının hərbi qulluqçuları şəhərin rayonlarından birində ukraynalı Dmitri Samuelenkonu döyüblər.
Hücumla bağlı cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizası təyin edilib.
Münaqişənin səbəbləri hələlik məlum deyil.
|
Tarix
2026.11.09 / 20:49
|
Müəllif
Axar.az
|